Cəlilabadda əkin sahələrində gəmiricilər artdı

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda əkin sahələrində gəmiricilər artdı

Hadisə

16 Dekabr 2024 18:20 458


Cəlilabad rayonunda əkin sahələrində siçanabənzər gəmiricilərin artdığı müşahidə olunur.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən "Report"un Muğan bürosuna verilən məlumata görə, qurum tərəfindən gəmiricilərə qarşı mübarizə tədbirləri aparılır.

Belə ki, 700-dən şox fermerin müraciəti əsasında cari ay ərzində 3 500 hektar sahə üçün müvafiq kimyəvi preparat (sink-fosfid) onlara təhvil verilib. Gəmiricilər daha çox buğda sahələrində müşahidə olunur. Dördpendirli pizza

Həmçinin vurğulanıb ki, cari il ərzində əkin sahələrində çəyirtkə müşahidə olunmayıb.

Gəmiricilərin çoxalmasına əsas səbəb kimi hava şəraitinin mülayim keçməsi göstərilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!