Cəlilabadda ev yanıb kül oldu

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda ev yanıb kül oldu

Hadisə

29 Yanvar 2025 19:46 261


Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Məzahir İmanova məxsus birmərtəbəli yaşayış evi anidən alovlanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvələri cəlb olunub. Lakin 63 kvadratmetrlik ikiotaqlı ev tamamilə yanaraq kül olub. Sezar pizza

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!