Cəlilabadda güclü qar fəsadlar törətdi

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda güclü qar fəsadlar törətdi

Rəsmi

20 Yanvar 2021 22:36 772


Cəlilabad rayonunda müşahidə edilən güclü qar fəsadlara səbəb olub.

Yenisabah.az xəbər verir ki, qarın hündürlüyü şəhər ərazisində 2 sm, bəzi ərazilərdə 12-15 sm təşkil edir. Yağıntı daha çox rayonun Buravar, Şatırlı, Əsədli, Ləkin, Musalı, Zəhmətabad kəndlərinə düşüb.

Hazırda bu ərazilərdə də qarın hündürlüyü 15 sm-ə çatır. pizza

Sakinlərin bildirdiyinə görə dumanlı hava şəraiti səbəbindən yollarda hərkətin intensivliyi məhdudlaşıb.

Cəlilabad rayon icra hakimiyyətindən bildirdilər ki, elektrik naqillərində yaranan nasazlıq səbəbindən bəzi ərazilərdə elektrik verilişində fasilələr yaranıb. Hazırda nasazlığın aradan qaldırılması məqsədi ilə işlər davam edir. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!