Cəlilabadda itkin düşən qadınla bağlı yeni təfərrüatlar məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda itkin düşən qadınla bağlı yeni təfərrüatlar məlum oldu

Hadisə

30 Noyabr 2024 19:03 1303


Cəlilabad rayonunun Hacıməmmədli kəndində yaşayan 1991-ci il təvəllüdlü Leyla Hikmət qızı Heydərovanın itkin düşməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar rayonundan gəlin köçən Leyla üç uşaq anasıdır və yaxınlarının sözlərinə görə, o, son dövrlərdə ciddi psixoloji gərginlik keçirirmiş.

Ailənin verdiyi məlumata əsasən, Leyla 24 noyabr tarixində kəndi tərk edib. Həyat yoldaşı və ailə üzvləri qohum toyunda olduğu üçün evdə heç kəsin olmaması Leylanın çıxmasına imkan yaradıb. Hadisədən sonra ailə yerli hüquq-mühafizə orqanlarına müraciət edib. Sezar pizza

Leylanın qaynatası gəlininin hazırda Biləsuvar rayonundakı qohumlarının evində olduğunu ehtimal edir.

Həmçinin Leylanın həyat yoldaşı üç uşağını da götürərək Bakıya köçüb və rəsmi boşanma üçün sənədlər hazırlamağa başlayıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!