Cəlilabadda məktəb direktoru avtomobillə piyadanı vurdu

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda məktəb direktoru avtomobillə piyadanı vurdu

Hadisə

13 Yanvar 2026 21:03 474


Cəlilabadda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bədirli kəndində qeydə alınıb.

Rayonun Babaxanlı kənd sakini Ziyatay Uruf oğlu Zeynalov idarə etdiyi avtomobillə Bədirli kənd sakini, piyada Xudu Abdulla oğlu Əliyevi vurub. Xəsarət alan piyada təcili tibbi yardım avtomobili ilə xəstəxanaya hospitalizasiya olunub. Pepperoni pizza

Həkimlər X.Əliyevin vəziyyətinin ağır olduğunu bildiriblər.

Qeyd edək ki, Ziyatay Uruf oğlu Zeynalov Babaxanlı kənd orta məktəbinin direktorudur.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!