Cəlilabadda meyiti tapılan ər-arvadın bir neçə gün əvvəl öldüyü ehtimal olunur - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda meyiti tapılan ər-arvadın bir neçə gün əvvəl öldüyü ehtimal olunur - TƏFƏRRÜAT

Hadisə

07 Aprel 2024 21:27 1097


Cəlilabad şəhəri Ş.İ.Xətai küçəsində yerləşən fərdi yaşayış evində aşkarlanan ər və arvadın ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

"Report"un Muğan bürosunun əldə etdiyi məlumata görə, meyitlər bu gün qonşular tərəfindən aşkar edilib.

Belə ki, 1963-cü il təvəllüdlü Şikarov Ağadadaş İxtiyar oğlunun və həyat yoldaşı, 1977-ci il təvəllüdlü Şikarova Mehparə Cahangir qızının meyitlərini qonşular evə baş çəkərkən aşkarlayıblar. pizza sifarişi

Onların meyitlərində gedən çürümə prosesinə görə bir neçə gün öncə öldükləri ehtimal edilir.

Qonşuların sözlərinə görə, mərhumların övladları olmayıb.

Hadisə ilə bağlı rayon Cəlilabad rayon Prokrorluğu tərəfindən cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!