Cəlilabadda su üstündə kütləvi dava: Yaralılar var

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda su üstündə kütləvi dava: Yaralılar var

Hadisə

28 May 2021 17:42 2689


Cəlilabad rayonunda kütləvi dava olub.

Yenisabah.az-ın məlumatına görə, hadisə rayonun Alar kəndi ərazisindəki əkin sahəsində baş verib.

Belə ki, kənd sakiniləri - 1991-ci il təvəllüdlü Hüseynov Xalid Hakim oğlu və 1996-ci il təvəllüdlü Balakişiyev Salam Rizvan oğlu döyülüb. pizza mizza

Şahidlərin bildirdiyinə görə, hər iki şəxs əkin sahəsinə su gəlmədiyi üçün suyun mənbəyinə doğru gedib. Daha sonra X.Hüseynov və S.Balakişiyevin orada olan bir neçə şəxslə aralarında mübahisə yaranıb. Nəticədə X.Hüseynovla S.Balakişiyev döyülüb.

Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə ilə bağlı DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev “Report”a bildirib ki, faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır:

“Təyin edilmiş müvafiq ekspertizanın və aparılacaq araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!