Cəlilabadda yanğın zamanı tüstüdən zəhərlənən 5 yaşlı R.İ-nin vəziyyəti ağır olaraq qalır.
Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bu barədə rayon mərkəzi xəstəxanasının Təcili yardım şöbəsinin həkimi Arzu Cəfərli bildirib.
2019 təvəllüdlü azyaşlı qadın cinsli xəstə tüstüdən zəhərlənmə diaqnozu ilə Cəlilabad rayon mərkəzi xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub: “Təxirəsalınmaz qaydada xəstə reanimasiya şöbəsinə yerləşdirilib, intensiv reanimasion yardım tədbirləri icra olunub. Hazırda xəstənin vəziyyəti ağır olaraq qalır. Müalicə və müşahidə davam edir". pizza hut
Telegram kanalımız