Cəlilabadın Azərbaycan küçəsində yerləşən ikimərtəbəli yaşayış evində baş verən yanğın söndürülüb.
Yenisabah.az report-a istinadla xəbər verir ki, hadisə zamanı evdə təxminən 6-7 yaşlarında iki azyaşlı uşaq olub. Uşaqlardan biri hadisə zamanı çölə qaçaraq xilas olub. Digər uşaq isə yatmış vəziyyətdə olduğundan içəridə qalıb. Uşağı xilas ediblər.
Azyaşlı ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Dördpendirli pizza
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız