Cəlilabadda yol qəzasında avtomobil yandı, sürücü öldü

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda yol qəzasında avtomobil yandı, sürücü öldü

Hadisə

25 Sentyabr 2023 23:57 570


Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb.

Alar kənd sakini 1991-ci il təvəllüdlü Elşən Cəlal oğlu Həbiyev idarəetdiyi "Mersedes" markalı avtomobillə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan "Kamaz" markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində "Mercedes" yanıb, sürücü aldığı xəsarətlərdən ölüb. Dördpendirli pizza

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə hissəsinin texnikası cəlb olunub. Yanan avtomobil söndürülüb.

Faktla bağlı araşdırma aparılır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!