Cəlillabadda polis qəzaya düşdü   - Vəziyyəti ağırdır

saytların hazırlanması

Evə çatdırılma

Cəlillabadda polis qəzaya düşdü - Vəziyyəti ağırdır

Hadisə

30 Dekabr 2021 14:06 684


Cəlilabad Rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün polis nəfəri, polis serjantı Tural Atakişiyev yol qəzasına düşüb. 

Bu barədə Yenisabah.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, T.Atakişiyev dekabrın 29-da axşam saatlarında xidmətdən kənar vaxtda “VAZ-21214” markalı şəxsi avtomobili ilə Cəlilabad-Yardımlı yolunun Sərhədabad kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşaraq yol kənarına düşüb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda ona təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilir. pizza sifarişi

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından polis əməkdaşının vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə təxliyə edildiyi vurğulanıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!