“Çelsi“ 11 futbolçusunu satır

saytların hazırlanması

Evə çatdırılma

“Çelsi“ 11 futbolçusunu satır

İdman

13 Mart 2023 15:40 976


London "Çelsi"si növbəti yay transfer pəncərəsində on bir futbolçu ilə yollarını ayırmaq niyyətindədir. 

Yenisabah.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb. "Çelsi"nin futbolçularından Benjamin Çilvell, Meyson Mount, Mateo Kovaçiç, Pyer-Emerik Obameyanq, Kristian Pulişiç, Ruben Loftus-Çik, Sezar Azpilikueta, Konor Qallaher, Hakim Ziyex, Kay Havertz və Rahim Sterlinq satışa çıxarılacaq. 

Qeyd edək ki, bundan əvvəlki 2 transfer pəncərəsində “Çelsi” yeni futbolçuların alınmasına 611 milyon avro xərcləyib.Transfer bazarında belə aktivlik Todd Boulinin komandanın rəhbərliyinə gəlməsi ilə bağlıdır.  Pepperoni pizza

Əlavə edək ki, İngiltərə Premyer Liqasının cari mövsümündə "Çelsi" 26 oyunda 37 xal toplayıb və turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!