“Çelsi” UEFA Konfrans Liqasını qazanaraq tarixə düşdü

saytların hazırlanması

Evə çatdırılma

“Çelsi” UEFA Konfrans Liqasını qazanaraq tarixə düşdü

İdman

29 May 2025 01:13 664


UEFA Konfrans Liqasında final oyunu keçirilib.

Yenisabah.az xəbər verir ki, "Real Betis" və "Çelsi" kubok uğrunda mübarizə aparıblar. 

Matçda qalib gələn tərəf ingilislər olub - 1:4. Pepperoni pizza

Beləliklə də, Konfrans Liqasının qalibi olan "Çelsi" bu mövsüm Avrokuboklarda uğur qazanan ikinci London təmsilçisi olub. Bu il UEFA Avropa Liqasında da İngiltərə paytaxtının digər komandası "Tottenhem" qalib gəlib.

"Çelsi" həmçinin iki dəfə Avropa Liqasını (2013, 2019) və Çempionlar Liqasını (2012, 2021) qazanmaqla bütün mövcud Avropa Kuboklarını qazanan ilk klub kimi adını futbol tarixinə yazdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!