“Çelsi“ və “Benfika“ 1/4 finalda

saytların hazırlanması

Evə çatdırılma

“Çelsi“ və “Benfika“ 1/4 finalda

İdman

08 Mart 2023 08:00 744


Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. 

Yenisabah.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. Bununla da 1/4 finalın 2 iştirakçısının adına aydınlıq gəlib.

"Benfika" Portuqaliyada Belçika "Brügge"si ilə üz-üzə gəlib. "Benfika" "Brügge"ni 5:1 hesabı ilə darmadağın edib. İlk görüşdə də Lissabon təmsilçisi rəqibini məğlub edib - 2:0. Nəticədə "Benfika" 1/4 finala adlayıb. Sezar pizza

"Çelsi" doğma meydanda "Borussiya"nı (Dortmund) qəbul edib. Görüş 00:00-da başlamalı olsa da, Dortmund təmsilçisini daşıyan avtobusun matçın oynanılacağı "Stemford Bric" stadionuna gələrkən yolda tıxaca düşməsinə görə 10 dəqiqə gec start götürüb. "Çelsi" bu oyunda "Borussiya"ya 2:0 hesabı ilə qalib gəlib. Dortmunddakı ilk matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar. İki oyunun cəmində "Çelsi" 1/4 finala vəsiqə əldə edib.

UEFA Çempionlar Liqası, 1/8 final, cavab oyunları

7 mart

00:10. "Çelsi" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) - 2:0 

Qollar: Sterlinq, 44 (1:0), Havertz, 53-pen. (2:0)

Hakimlər: Denni Makkeli, Rocier Honiq, Yan de Vrays, Yoxem Kampuis (Niderland)

İlk oyun - 0:1

London, "Stemford Bric" stadionu

00:00. "Benfika" (Portuqaliya) - "Brügge" (Belçika) - 5:1

Qollar: Silva, 38 (1:0), Ramos, 45+2 (2:0), 57 (3:0), Mario, 71-pen. (4:0), Neres, 78 (5:0), Meiyer, 88 (5:1)

Hakimlər: Halil Umut Meler, Mustafa Emre Eyisoy, Cevdet Kömürcüoğlu, Abdulkadir Bitigen (Türkiyə)

İlk oyun - 2:0

Lissabon, "Eştadiu du Benfika" stadionu 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!