“Çelsi“nin baş məşqçisindən futbolçulara jest: “Pivə və şərab içə bilərlər“

saytların hazırlanması

Evə çatdırılma

“Çelsi“nin baş məşqçisindən futbolçulara jest: “Pivə və şərab içə bilərlər“

İdman

17 Aprel 2021 10:41 705


“Çelsi”nin baş məşqçisi Tomas Tuhel İngiltərə kubokunun yarımfinalında “Mançester Siti” ilə matçdan əvvəl futbolçulara spirtli içki içməyə icazə verib.

Yenisabah.az xəbər verir ki, bu barədə 47 yaşlı mütəxəssis oyunçularının istirahət etməsi üçün belə bir addım atdığını deyib:

“Anlayırıq ki, mənəvi cəhətdən bərpa olunmaq lazımdır. Məsələn, gecəni Sevilyanın tanıdığımız otellərindən birində keçirdik. Çox gözəl yer idi. Çox isti olduğundan çöldə oturmaq üçün fürsətimiz də oldu. Sakitləşdirici bir an idi və sadəcə bir-birimizin yanında olmağımızdan zövq alırdıq.Futbolçular istəsələr bir stəkan şərab və ya pivə də içə bilərdilər. Belə bir mühit yaratmaq və bu şəkildə təşkil etmək həqiqətən vacib idi. Bu, zehni bərpanın bir hissəsi idi”. Toyuqlu pizza

Qeyd edək ki, bu gün “Uembli” stadionunda keçiriləcək “Çelsi” – “Mançester Siti” qarşılaşması Bakı vaxtı ilə 20:30-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!