“Çelsi“nin futbolçusunun medalları oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

“Çelsi“nin futbolçusunun medalları oğurlandı

İdman

17 Sentyabr 2021 17:26 888


"Çelsi"nin futbolçusu Ris Ceymsin evi qarət edilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə ingiltərə millisinin üzvü öz sosial şəbəkə hesablarında paylaşım edib. O, evinin təhlükəsizlik kameralarının görüntülərini izləyicilərlə bölüşüb.

Qarət hadisəsi London təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Zenit"lə oyunu zamanı olub. 22 yaşlı müdafiəçinin evindən kassa oğurlanıb. Nəticədə futbolçuya ciddi maddi zərər dəyib. Həmçinin kassanın içərisində olan Ceymsin Çempionlar Liqasında qazandığı qızıl medalı və Avro-2020-nin gümüş medalı oğurlanıb.  pizza sifarişi

Qeyd edək ki, Ceyms 2018-ci ildən "Çelsi"də oynayır. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!