Türkiyənin tanınmış yumor ustası Cem Yılmaz da Azərbaycanla bağlı paylaşım edib.
Yenisabah.az xəbər verir ki, sənətçi Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına atəş açmasını qınayıb:
"Can qardaşımız Azərbaycan xalqına ən yaxın zamanda müharibədən, qandan, acıdan uzaq günlər diləyirəm. Ədalətsiz dünyaya heyrətlə baxıram... Ən yaxın zamanda bu zülmün bitməsini istəyirəm". pizza sifarişi
Qeyd edək ki, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan oktyabrın 17-i saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.
Telegram kanalımız