Cəmi 16 nəfəri sağ qalıb, hər birinə 2500 manat verilir

saytların hazırlanması

Evə çatdırılma

Cəmi 16 nəfəri sağ qalıb, hər birinə 2500 manat verilir

Sosial

08 Oktyabr 2025 15:46 42843


Azərbaycanda yaşayan Böyük Vətən müharibəsi veteranlarının sayı açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda 16 nəfər Böyük Vətən müharibəsi iştirakçısına əmək pensiyası ödənilir.

Qeyd olunub ki, hazırda ölkədə bu kateqoriyadan olan şəxslərə əmək pensiyası və birdəfəlik maddi yardımlar davam etdirilir. pizza mizza

“Hər il Qələbənin ildönümü münasibətilə Prezident İlham Əliyevin sərəncamı ilə müvafiq şəxslərə birdəfəlik maddi yardımlar təqdim olunur. Bu il hər iştirakçıya 2500 manat məbləğində yardım ödənib.

Bundan əlavə, müharibədə həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə görə təltif olunmuş şəxslər, ordunun və donanmanın əməliyyat zonalarında xidmət göstərmiş xüsusi birləşmələrin işçiləri, Leninqrad müdafiəsi və mühasirəsi iştirakçıları 1250 manat məbləğində birdəfəlik maddi yardımla təmin olunub.Cari ildə sözügedən kateqoriyalar üzrə ümumilikdə 2340 şəxsə yardım ödənib”.

Qeyd edək ki, Böyük Vətən müharibəsində təxminən 600 min azərbaycanlı iştirak edib. Onlardan 300 mindən çoxu döyüş meydanlarında həlak olub. Müharibədə göstərdikləri igidliyə görə 130-a yaxın azərbaycanlı “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • CK
    2500 ilde bir defe yeni aylig 208 manat)) yaşliliga ve staja gore aylig muharibe vaxti eli cibində firlananlar bu insanlardan cox alir))
    7 months ago
  • Xəlil
    Böyük vətən müharibəsində döyüşən, həlak olan hər bir soydaşımıza Allah rəhmət etsin. O vaxtlar onlar vətəni sayılan SSRİ-nin müdafiyəsi uğrunda canını qoyublar və hər bir halda heç bir şeydən asılı olmayaraq tərkibində olduqları dövlətin tərkibində vuruşmağı özlərinə borc biliblər. Allah sağ qalan iştirakçılara can sağlığı versin, onların qarşısında baş əyirik.
    7 months ago
  • Tahir Əıiyev
    Bu rusa nökərçilik deyil,həlak olan vətəndaşlarımıza sayğıdır.Heç kim kefindən müharibəyə getməyib,o dövrün qanunları bunu tələb edirdi.Həlak olanlara Allah rəhmət eləsin????????????.
    7 months ago
  • Rafayil
    Bizim dövlətdə də, Qarabağ müharibəsi 1ci və 2ci veteranlarına dövlətimiz "əla" qayğı gpstərir axı, 80 manat təqaüdü 80 dəfə milli məclisdə qaldırdılar baxılsın ama təəsüfki artirmadılar bu hələ bəsdi......
    7 months ago
  • Murad
    İnanmıram Böyük Vətən müharibəsindən adam qalsın, çünki mənim babam da onlardan biri idi 89 yaşında illər öncə rəhmətə getdi. İndiyə kimsə qalmaz. Bizlər belə qocalmışıq. Nədi bu insanlar 150 yaş yaşıyır? 41-45 dən bu yana azı 80 il keçib. 10 yaşlı insan belə qalsa indi ölmüş olar. 90 yaş indiki dövrdə yaşamaq olmur.
    7 months ago
  • Ataş
    Bizimçün Böyük Vətən Müharibəsi Qarabağda erməni işğalçılarına qarşı apardığımız müharibədir. Sizdə hələ də rusa nəfərlik etməkdə davam edirsiz
    7 months ago