Cəmi bir neçə saata düşmənə milyonlarla zərbə vurduq

saytların hazırlanması

Evə çatdırılma

Cəmi bir neçə saata düşmənə milyonlarla zərbə vurduq

Hadisə

17 Oktyabr 2020 23:09 2892


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan ordusu düşmənin S-300 zenit-raket kompleksini, S-125 zenit-raket kompleksini, Su-25 təyyarəsini məhv edib.

Yenisabah.az xəbər verir ki, iqtisadçı Qubad İbadoğlu düşmənin sıradan çıxarılan hərbi texnikasının qiymətini açıqlayıb. O bildirib ki, zenit raket kompleksi S-125 aşağıdan uçan pilotlu və ya pilotsuz aparatların 20 – 18 000 m hündürlükdə və 3,5 – 25 km uzaqlıqda vurulması üçün nəzərdə tutulub. Rusiya istehsalıdır, təxmini qiyməti 45 milyon rubldur (1 milyon manatdır).

Su-25 təyyarəsinin qiyməti isə təxminən 11 milyon dollardır (18,7 milyon manatdır). Dominos pizza

Beləliklə, Ermənistanın yalnız bir neçə saat ərzində milyonlarla manat dəyəri olan hərbi texnikaları sıradan çıxarılıb.

Qeyd edək ki, S-300 zenit-raket kompleksinin qiyməti 115 milyon dollardır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!