Cəmil Fərəcov vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Cəmil Fərəcov vəfat etdi

Mədəniyyət

01 Avqust 2023 19:42 4513


Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Qeyd edək ki, Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1974-cü ildə isə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültələrini bitirib. Pepperoni pizza

1970-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyən kinorejissorun “Arvadım mənim, uşaqlarım mənim” , “Azərbaycan” dünyanı gəzir”, “Azərbaycan”da dəniz səyahəti”, “Ağır şkaf”, “Axırıncı maqın sonu” və digər onlarla filmdə rejissor kimi imzası var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!