“Cəmiyyəti təhdid etmək olmaz” - Mehdiyevin hədələdiyi deputat   DANIŞDI

saytların hazırlanması

Evə çatdırılma

“Cəmiyyəti təhdid etmək olmaz” - Mehdiyevin hədələdiyi deputat DANIŞDI

Siyasət

26 Avqust 2020 16:08 1443


“Demokratik cəmiyyətdə və hüquqi dövlətdə qanunun aliliyinin təmin edilməsi hər şeydən üstündür və vəzifəsindən, statusundan asılı olmayaraq hamı bunu belə qəbul etməlidir. Qanunu pozanların isə hüquqi qaydada cəzalandırılması ilə bərabər, ictimai qınaq obyektinə çevrilməsi də normal sivil cəmiyyətlərdə adi haldır” .

Yenisabah.az xəbər verir ki, bu sözləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu AMEA-nın prezidenti Ramiz Mehdiyevin dünənki açıqlamasında adının hallanmasından danışarkən Modern.az-a  deyib.

Deputat qeyd edib ki, ictimai qınaq çəkindirici vasitədir və hüququn tətbiqindən daha öncə mümkün qanun pozunularının qarşısını almaq üçün effektiv mexanizmdir: Dördpendirli pizza

“Əgər bu prosesdə kimsə öz hüquqlarının təhdid edildiyini düşünürsə və yaxud ictimai qınağı hüquq pozuntusu hesab edirsə, yenə də bunu həll etmək üçün hüquqi alətlər mövcuddur və kim istəsə, onun imkanlarından istifadə edə bilər. Ancaq heç bir halda cəmiyyətimizin ümumi ictimai maraqları kontekstində ictimai vəkilliyi yaxud qınağı da təhdid etmək olmaz. Belə olarsa cəmiyyətdə şəffaf və ədalətli ictimai münasibətlər sistemi yaratmaq çətin olar. Qanuna riayət edilməsi hər şeydən üstündür və vəzifəsindən, statusundan asılı olmayaraq hamı bunu belə qəbul etməlidir. Qanunu pozanların isə hüquqi qaydada cəzalandırılması ilə bərabər ictimai qınaq obyektinə çevrilməsi də normal sivil cəmiyyətlərdə adi haldır. Çünki ictimai qınaq çəkindirici vasitədir və hüququn tətbiqindən daha öncə mümkün qanun pozunularının qarşısını almaq üçün effektiv mexanizmdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!