“Yeni təyin olunmuş Təhsil naziri Emin Əmrullayev Azərbaycanda ilk dəfə geniş ictimai müzakirəyə səbəb olmuş vəzifəli şəxs oldu”.
Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış hüquqşünas Aslan İsmayılov Emin Əmrullayevin Təhsil naziri postuna təyin edilməsinə münasibət bildirərkən deyib. O əlavə edib ki, müzakirələr cəmiyyətin yeni nazirdən gözləntisinin çox olduğunu göstərir:
“Bu isə çox böyük məsuliyyətdir. Bu gün mətbuatdan oxudum ki, 18 məktəb direktoru vəzifəsindən kənarlaşdırıldı. Yeni təyinatlar artıq hamını, o cümlədən məni də maraqlandırır. Ən əsası əvvəlki illərdə olduğu kimi kiminsə qohumu, yaxud nəyə görəsə təyinatlar olmasın. Dominos pizza
Bunun ardınca təhsildə rüşvət mənbəyi olan rayon təhsil şöbələri ilə bağlı da tədbir görülsə, onda təhsildə köklü islahatın başlanmasından danışmaq olar.
Əgər təhsildə islahat başlayarsa, bütün sahələrdə eyni prosesin olacağına şübhə etmirəm, çünki hər şey təhsildən başlayır. Öz növbəmdə yeni Təhsil nazirinə işlərində uğurlar arzulayıram”.
Telegram kanalımız