Çempioanlar Liqasında yarımfinalçılar müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

Çempioanlar Liqasında yarımfinalçılar müəyyənləşdi

İdman

20 Aprel 2023 01:20 948


Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına yekun vurulub.

Yenisabah.az xəbər verir ki, bununla da yarımfinalın bütün iştirakçısı müəyyənləşib.

"Bavariya" "Mançester Siti"ni qəbul edib və matç heç-heçə başa çatıb - 1:1. Bu komandalar arasında ilk görüşdə İngiltərə klubu 3:0 hesabı ilə qalib gəldiyinə görə yarımfinala yüksəlib. Marqarita pizza

Digər matçda "Benfika" "İnter"in qonağı olub. 6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib - 3:3. İlk oyunda "İnter" qalib gəldiyindən (2:0) yarımfinala da onlar adlayıb. "İnter" bu mərhələdə İtaliyanın digər təmsilçisi, əzəli rəqibi "Milan"la qarşılaşacaq. "Mançester Siti" isə "Real"la final uğrunda mübarizə aparacaq. Yarımfinal matçları 9-10 və 16-17 mayda oynanılacaq.

 

19 aprel

23:00: "Bavariya" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 1:1 

Qollar: Kimmix, 83 - Haaland, 57 

İlk oyun - 0:3

23:00. "İnter" (İtaliya) - "Benfika" (Portuqaliya) - 3:3

Qollar: Barella, 14, Martinez, 65, Korrea, 78 - Aursners, 38, Antonio Silva. 86, Musa, 90+5 

İlk oyun - 2:0


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!