Çempionlar Liqasında ikinci finalçı da müəyyənləşib.
Yenisabah.az xəbər verir ki, yarımfinalın növbəti oyununda Fransanın "Lion" klubu Almaniya çempionu "Bavariya" ilə qarşılaşıb.
Sürpriz şəkildə "Yuventus" və "Mançester Siti"ni mübarizədən kənarlaşdıran "Lion"un güclü "Bavariya"ya necə müqavimət göstərəcəyi maraqla gözlənilirdi. Oyun Münhen klubunun böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0 Pepperoni pizza
Beləliklə, "Bavariya" avqustun 23-də keçiriləcək final matçında PSJ ilə qarşılaşacaq.
19 avqust
Çempionlar Liqası
Yarımfinal
“Lion” (Fransa) – “Bavariya” (Almaniya) - 0:3
Qollar: Qnabri, 18, 33, Levandovski, 88
Baş hakim: Antonio Mateu Lahos (İspaniya)
Lissabon. “Joze Alvalade” stadionu
Telegram kanalımız