Çempionlar Liqası: “Birbaşa Bakı” finala vəsiqə qazandı

saytların hazırlanması

Evə çatdırılma

Çempionlar Liqası: “Birbaşa Bakı” finala vəsiqə qazandı

İdman

08 Sentyabr 2024 14:01 688


Azərbaycanın minifutbol üzrə "Birbaşa Bakı" komandası Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasında finala vəsiqə qazanıb.

Yenisabah.az xəbər verir ki, həlledici mərhələyə gedən yolda "Andezit" (Ukrayna) klubu ilə üz-üzə gələn təmsilçimiz rəqibini penaltilər seriyasında (4:3) məğlub edib.

Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. pizza mizza

“Birbaşa Bakı” finalda Çexiyanın "Brno" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!