Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start veriləcək.
Yenisabah.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. Nəticədə yarımfinalın ilk 2 iştirakçısı müəyyənləşəcək. İlk oyunda 3:1 hesablı qələbə qazanan "Real" "Çelsi"ni bu dəfə evdə qəbul edəcək. "Bavariya" isə ilk matçda 0:1 hesabı ilə uduzduğu "Vilyarreal"la doğma meydanda üz-üzə gələcək.
Qeyd edək ki, 1/4 finalın digər cavab oyunları aprelin 13-də keçiriləcək. Toyuqlu pizza
Çempionlar Liqası, 1/4 final
Cavab oyunları
12 aprel
23:00. "Real" (İspaniya) - "Çelsi" (İngiltərə)
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun - 3:1
23:00. "Bavariya" (Almaniya) - "Vilyarreal" (İspaniya)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun - 0:1
13 aprel
23:00. "Atletiko" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
İlk oyun - 0:1
23:00. "Liverpul" (İngiltərə) - "Benfika" (Portuqaliya)
İlk oyun - 3:1
Telegram kanalımız