UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.
Yenisabah.az xəbər verir ki, bu günə nəzərdə tutulan 8 oyundan 2-si artıq yekunlaşıb.
E qrupunda İngiltərənin "Çelsi" klubu Avstriyada "Zaltsburq"a 2:1 hesabı ilə qalib gəlib. Bununla da İngiltərə klubu səkkizdəbir finala vəsiqəni təmin edib. pizza mizza
G qrupunda "Sevilya" İspaniyada Danimarkanın "Kopenhagen" klubunu məğlub edib - 3:0. Meydan sahibləri bu nəticə ilə pley-off şanslarını saxlayıb.
E qrupu
"Zaltsburq" (Avstriya) - "Çelsi" (İngiltərə) - 1:2
Qollar: Çikvubuyke Adamu, 49 - Mateo Kovaçiç, 23. Kay Haverts, 64
G qrupu
"Sevilya" (İspaniya) - "Kopenhagen" (Danimarka) - 3:0
Qollar: Yussef En-Neseri, 61. İsko, 88. Qonsalo Montiel, 90+2
Telegram kanalımız