UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.
Yenisabah.az xəbər verir ki, yarımfinalın ilk marçı İspaniyada "Real Madrid"lə İngiltərənin "Çelsi" komandası arasında baş tutub. Oyun 1:1 hesabı ilə başa çatıb.
Qonaqlar Kristian Pulişiçin erkən qollu ilə önə keçsələr də, meydan sahibləri Kərim Benzema ilə hesabı bərabərləşdirib. Beləliklə, London klubu çətin Madrid səfərində sərfəli nəticə əldə edib. Dördpendirli pizza
Yarımfinal mərhələsinin digər matçında Fransanın PSJ və İngiltərənin "Mançester Siti" klubları üz-üzə gələcəklər. Həmin görüş aprelin 28-də olacaq.
Çempionlar Liqası, yarımfinal
İlk oyun
23:00. "Real Madrid" (İspaniya) - "Çelsi" (İngiltərə) - 1:1
Qollar: Kərim Benzema, 29 - Kristian Pulişiç, 14
Qeyd edək ki, cavab qarşılaşmaları 4-5 mayda oynanılacaq.
Telegram kanalımız