Çempionlar Liqası: Daha səkkiz komanda III raunda vəsiqə qazandı

saytların hazırlanması

Evə çatdırılma

Çempionlar Liqası: Daha səkkiz komanda III raunda vəsiqə qazandı

İdman

03 Avqust 2023 01:00 1436


UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.

Yenisabah.az xəbər verir ki, ikinci oyun günündə keçirilən səkkiz qarşılaşma ilə III raundun növbəti iştirakçıları bəlli olub.

Türkiyə çempionu “Qalatasaray” isə ilk görüşdə 2:2 hesablı heç-heçəyə razılaşdığı Litva “Jalgiris”ini evdə minimal hesabla məğlub edərək adını növbəti raunda yazdırıb. Marqarita pizza

Bundan başqa, Farer adalarının “Klaksvik”, İsveçrənin “Servett”, Norveçin “Molde”, İsrailin “Makkabi” (Hayfa) və Danimarkanın “Kopenhagen” komandaları da III təsnifat mərhələsinə vəsiqə əldə ediblər.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

2 avqust

18:00. “Dinamo” (Zaqreb, Xorvatiya) - “Astana” (Qazaxıstan) - 0:2

İlk oyun - 0:4

20:00. “Qarabağ” (Azərbaycan) - “Rakuv” (Polşa) - 1:1

İlk oyun - 2:3

21:00. “Haken” (İsveç) - “Klaksvik” (Farer adaları) - 3:3 (Əlavə vaxtda 1:1; Penaltilər seriyasında 3:4)

İlk oyun - 0:0

21:00. “Molde” (Norveç) - HİK (Finlandiya) 2:0

İlk oyun - 0:1

21:00. “Makkabi” (Hayfa, İsrail) - “Şerif” (Moldova) - 4:1 (Əlavə vaxtda 2:0)

İlk oyun - 0:1

21:00. “Genk” (Belçika) - “Servett” (İsveçrə) - 2:2 (Penaltilər seriyasında 1:4)

İlk oyun - 1:1

22:00. “Kopenhagen” (Danimarka) - “Breydablik” (İslandiya) - 6:3

İlk oyun - 2:0

22:30. “Qalatasaray” (Türkiyə) - “Jalgiris” (Litva) - 1:0

İlk oyun - 2:2

Qeyd edək ki, bu mərhələnin ötən gün keçirilmiş dörd cavab oyunundan sonra Yunanıstanın “Panatinaikos”, Sloveniyanın “Olimpiya”, Kiprin “Aris” və Slovakiyanın “Slovan” komandaları III raunda yüksəliblər


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!