UEFA Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazanan daha iki klub məlum olub.
Yenisabah.az xəbər verir ki, “Mançester Siti” və “Real Madrid” sürprizə imkan verməyib.
Cavab qarşılaşmalarında müvafiq olaraq "Kopenhagen" və “Leyptsiq” klublarına qalib gələn meydan sahibləri növbəti mərhələyə yüksəliblər. pizza sifarişi
Qeyd edək ki, ötən gün “Bavariya” (Almaniya) və PSJ (Fransa) 1/4 finala vəsiqə qazanıblar.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
7 mart
00:00. “Mançester Siti” - “Kopenhagen” - 3:1
Qollar: Akanji, 5. Alvares, 9. Haland, 45+3 - Elyunussi, 29
Baş hakim: Espen Eskas (Norveç).
Mançester, “Etihad” stadionu
İlk oyun - 3:1.
00:00. “Real” - “Leyptsiq” - 1:1
Qollar: Vinisius, 65 - Orban, 68
Baş hakim: Davide Massa (İtaliya).
Madrid, “Santiaqo Bernabeu”
İlk oyun - 1:0.
Xatırladaq ki, 1/8 final mərhələsinin digər 4 cavab oyunu martın 12-13-də keçiriləcək.
Telegram kanalımız