UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki matçı keçirilib.
Yenisabah.az xəbər verir ki, "Real Madrid" İtaliyada "Atalanta" ilə üz-üzə gəlib. Görüş "kral klubu"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Digər matçda isə Almaniyanın "Borussiya" (Mönhenqladbax) və İngiltərənin "Mançester Siti" klubları qarşılaşıblar. Pandemiya ilə bağlı səyahət məhdudiyyətləri səbəbindən Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilən oyunda qonaqlar 2:0 hesablı qələbə qazanıb. Sezar pizza
Bu komandalar arasında cavab matçları martın 17-də olacaq.
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
24:00. "Atalanta" (İtaliya) - "Real Madrid" (İspaniya) - 0:1
Qol: Ferlan Mendi, 86
Qırmızı vərəqə: Remo Froyler ("Atalanta"), 17
24:00. "Borussiya" (Mönhenqladbax, Almaniya) - "Mançester Siti" (İngiltərə) - 0:2
Qollar: Bernardu Silva, 29, Qabriel Jezus, 65
Telegram kanalımız