Çempionlar Liqası:  “Neftçi“nin potensial rəqibi bilindi

saytların hazırlanması

Evə çatdırılma

Çempionlar Liqası: “Neftçi“nin potensial rəqibi bilindi

İdman

19 İyul 2021 15:50 1428


Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Yenisabah.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə ölkəmizi turnirində təmsil edən "Neftçi"nin də 3-cü mərhələdəki potensial rəqibi müəyyənləşib.

"Ağ-qaralar" 2-ci mərhələdə Yunanıstan "Olimpiakos"unu mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti raundda “Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq və ilk matçını evdə oynayacaq.. pizza mizza

Qeyd edək ki, "Neftçi" "Olimpiakos"la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə iyulun 28-də Bakıda keçirəcək. 3-cü təsnifat mərhələsinin görüşləri isə 3-4 və 10 avqustda oynanılacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!