Çempionlar Liqası: “Qalatasaray” qrup mərhələsində

saytların hazırlanması

Evə çatdırılma

Çempionlar Liqası: “Qalatasaray” qrup mərhələsində

İdman

30 Avqust 2023 01:17 600


UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinə vəsiqə qazanan üç komanda müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, pley-offda baş tutan üç cavab görüşündən sonra yoluna bu turnirdə və UEFA Avropa Liqasında (AL) davam edən komandalar bəlli olub.

Türkiyə çempionu “Qalatasaray” səfərdə minimal fərqlə qalib gəldiyi Norveç “Molde”sini qəbul edib. İstanbuldakı qarşılaşma da “cim-bom”un qalibiyyəti ilə yekunlaşıb və qardaş ölkə təmsilçisi qitənin ən nüfuzlu turnirinin qrupuna yüksəlib. Dominos pizza

Digər cütlərdə İsveçrə “Yanq Boyz”u və Portuqaliya “Braqa”sı rəqiblərini üstələyərək, ÇL-in qrupuna vəsiqə qazanıblar. “Molde” ilə yanaşı, Yunanıstan klubu “Panatinaikos” və İsrailin “Makkabi” (Hayfa) komandası mübarizəni AL-in qrupunda davam etdirəcəklər.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

29 avqust

23:00. “Qalatasaray” (Türkiyə) – “Molde” (Norveç) – 2:1

Qollar: Mauro İkardi, 7 (pen.). Angelinyo, 90+3 - Eyrik Hestad, 66

İlk oyun – 3:2

 

23:00. “Panatinaikos” (Yunanıstan) – “Braqa” (Portuqaliya) – 0:1

Qol: Bruma, 83

İlk oyun – 1:2

 

23:00. “Yanq Boyz” (İsveçrə) – “Makkabi” (Hayfa, İsrail) – 3:0

Qollar: Sedrik İtten, 23. Abdulaye Sek, 28 (avtoqol). Filip Uqriniç, 46

İlk oyun – 0:0

Qeyd edək ki, mərhələnin digər oyunları avqustun 30-da keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!