Çempionlar Liqası: “Qarabağ” “pley-off”da

saytların hazırlanması

Evə çatdırılma

Çempionlar Liqası: “Qarabağ” “pley-off”da

İdman

12 Avqust 2025 21:54 502


UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" "Şkendiya" ilə cavab matçına çıxıb.

Yenisabah.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin qələbə ilə başa çatıb - 5:1.

Qeyd edək ki, Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlmişdi. Dördpendirli pizza

Beləliklə, iki görüşün nəticəsinə əsasən "Şkendiya"nı mübarizədən kənarlaşdıran "Qarabağ" adını pley-off mərhələsinə yazdırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsinə gedən yolda "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.

Bununla da "Qarabağ" ən azı Avropa Liqasının Liqa mərhələsində iştirakını təmin edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!