Çempionlar Liqası: Yarımfinalın bütün iştirakçıları müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

Çempionlar Liqası: Yarımfinalın bütün iştirakçıları müəyyənləşdi

İdman

14 Aprel 2022 01:20 959


UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Yenisabah.az xəbər verir ki, bununla da yarımfinalın bütün iştirakçıları bəlli olub.

İngiltərə "Liverpul"u cavab oyununda Portuqaliya "Benfika"sını qəbul edib. İlk matçda 3:1 hesablı qələbə qazanan mersisaydlılar ikinci qarşılaşmada heç-heçəyə razılaşıb - 3:3. Beləliklə, Yurgen Kloppun başçılıq etdiyi kollektiv iki matçın nəticəsinə əsasən yarımfinala adlayıb və İspaniya "Vilyarreal"ına rəqib olub. pizza sifarişi

İngiltərənin digər təmsilçisi "Mançester Siti" isə İspaniyada Madrid "Atletiko"su ilə üz-üzə gəlib. Evdəki ilk görüşdə 1:0 hesablı qələbəyə sevinən "şəhərlilər" cavab görüşündə qolsuz heç-heçəyə nail olaraq, adını yarımfinala yazdırıb. Mançester təmsilçisi finala gedən yolda İspaniya "Real Madrid"i ilə qarşılaşacaq.

Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

13 aprel

23:00. "Liverpul" (İngiltərə) - "Benfika" (Portuqaliya) - 3:3

Qollar: İbrahima Konate, 21. Roberto Firmino, 55; 65 - Qonsalu Ramuş, 32. Roman Yaremçuk, 78. Darvin Nunyes, 82

Baş hakim: Serdar Gözübüyük (Niderland)

İlk oyun - 3:1

 

23:00. "Atletiko" Madrid (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 0:0

Baş hakim: Daniel Zibert (Almaniya)

Qırmızı vərəqə: Felipe, 90+1 ("Atletiko")

İlk oyun - 0:1


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!