Çempionlar Liqasında 1/4 finalın bütün iştirakçıları bəlli oldu

Çempionlar Liqasında 1/4 finalın bütün iştirakçıları bəlli oldu

İdman Veb saytların hazırlanması

16 Mart 2023 02:19 1254


UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Yenisabah.az xəbər verir ki, son oyun günündə keçirilən iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları bəlli olub.

İspaniya "Real Madrid"i İngiltərədə 5:2 hesabı ilə qalib gəldiyi "Liverpul"u evdə də məğlub edib - 1:0. Bu nəticə "kral klubu"nu növbəti mərhələyə yüksəldib.

"Napoli" İtaliyada isə Almaniyanın "Ayntraxt" (Frankfurt) komandası ilə qarşılaşıb. İlk qarşılaşmada 2:0 hesablı qələbə qazanan Neapol təmsilçisi bu matçda da rəqibinə şans verməyib - 3:0.

UEFA Çempionlar Liqası

1/8 final, cavab oyunları

15 mart

"Real Madrid" (İspaniya) - "Liverpul" (İngiltərə) - 1:0

Qol: Kərim Benzema, 79

Baş hakim: Feliks Tsvayer (Almaniya)

İlk oyun - 5:2

Madrid, "Santyaqo Bernabeu" stadionu

 

"Napoli" (İtaliya) - "Ayntraxt" Frankfurt (Almaniya) - 3:0

Qollar: Viktor Osimhen, 45+2; 53. Pyotr Zelinski, 64 (penalti)

Baş hakim: Entoni Teylor (İngiltərə)

İlk oyun - 2:0

Neapol, "Dieqo Armando Maradona" stadionu

Qeyd edək ki, daha əvvəl Almaniyanın "Bavariya", Portuqaliyanın "Benfika", İngiltərənin "Çelsi" və "Mançester Siti", həmçinin İtaliyanın "Milan" və "İnter" komandaları 1/4 finala vəsiqə qazanıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!