Çempionlar Liqasında 1/8 finala yekun vuruldu

saytların hazırlanması

Evə çatdırılma

Çempionlar Liqasında 1/8 finala yekun vuruldu

İdman

18 Mart 2021 09:44 875


Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Yenisabah.az xəbər verir ki, son oyun günündə daha iki görüş keçirilib.

"Çelsi" öz meydanında "Atletiko"nu qəbul edib. "Zadəganlar" 2:0 hesablı qələbə qazanıb. Komandalar arasında keçirilən ilk oyunda London klubu 1:0 hesabı ilə qalib gəlib. Beləliklə, "Çelsi" növbəti mərhələyə adlayıb. pizza hut

Digər oyunda isə turnirin son qalibi "Bavariya" evdə "Latsio" ilə qarşılaşıb. Münhen təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib. Səfərdə keçirilən ilk görüşdə Almaniya klubu İtaliya təmsilçisinə 4:1 hesabı ilə qalib gəlib. Bununla da "Bavariya" gözlənildiyi kimi 1/4 finala adını yazdırıb.

Çempionlar Liqası

1/8 final, cavab oyunları

00:00. "Çelsi" (İngiltərə) - "Altetiko" Madrid (İspaniya) - 2:0

Qollar: Ziyex, 34, Emerson, 90+4

İlk oyun - 1:0

00:00. "Bavariya" (Almaniya) - "Latsio" (İtaliya) - 2:1

Qollar: Levandovski, 33 pen (1:0), Motinq, 73 (2:0), Parolo, 82 (2:1)

İlk oyun - 4:1

16 mart

"Mançester Siti" (İngiltərə) - "Borussiya" (Münhenqladbax, Almaniya) - 2:0

İlk oyun - 2:0

"Real" (İspaniya) - "Atalanta" (İtaliya) - 3:1

İlk oyun - 1:0

10 mart

"Liverpul" (İngiltərə) - "Leyptsiq" (Almaniya) - 2:0

İlk oyun - 2:0

PSJ (Fransa) - "Barselona" (İspaniya) - 1:1

İlk oyun - 4:1

9 mart

"Yuventus" (İtaliya) - "Portu" (Portuqaliya) - 3:2

İlk oyun - 1:2

"Borussiya" (Dortmund, Almaniya) - "Sevilya" (İspaniya) - 2:2

İlk oyun - 3:2


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!