Çempionlar Liqasında bütün yarımfinalçılar bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Çempionlar Liqasında bütün yarımfinalçılar bəlli oldu

İdman

15 Aprel 2021 01:17 1072


Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında sonuncu yarımfinalçılar bəlli olub.

Yenisabah.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki görüş baş tutub.

“Liverpul” səfərdə 1:3 hesabıyla uduzduğu “Real” ilə bu dəfə doğma meydanda qarşılaşıb. Qarşılaşmada qapılara qol vurulmayıb və “Real” yarımfinala yüksəlib. pizza mizza

Dortmund “Borussiya”sı da Almaniyada “Mançester Siti” ilə üz-üzə gəlib. İngiltərə Premyer Liqasının liderinə bu görüşdə mərhələ adlamaq üçün heç-heçə də bəs edəcəkdi. Amma qonaqlar bu oyundan da əzmkar qələbə ilə ayrılıblar və növbəti mərhələyə yüksəliblər.

Xatırladaq ki, ilk oyun günündən sonra PSJ (Fransa) və “Çelsi” (İngiltərə) yarımfinala vəsiqəni təmin edib.

UEFA Çempionlar Liqası

1/4 finalın cavab oyunları

14 aprel

“Liverpul” (İngiltərə) – “Real” (İspaniya) 0:0 (1:3)

 

Borussiya” (Dortmund, Almanya) – “Mançester Siti” (İngiltərə) - 1:2 (1:2)

Qollar: Bellingem, 15 - Mahrez, 55. Foden, 75.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!