Çempionlar Liqasında daha bir sürpriz nəticə

saytların hazırlanması

Evə çatdırılma

Çempionlar Liqasında daha bir sürpriz nəticə

İdman

16 Avqust 2020 10:29 1031


Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsi başa çatıb.

Yenisabah.az xəbər verir ki, bu gün Portuqaliyada mərhələnin son oyunu keçirilib.

Türnirin qalibi olmağa ən real namizədlərdən olan "Mançester Siti" sürpriz şəkildə "Yuventus"u mübarizədən kənarlaşdıran "Lion"la üz-üzə gəlib. Fransızlar növbəti dəfə sensasiyaya imza ataraq adlı-sanlı rəqibini məğlub edərək yarımfinalda "Bavariya"nın rəqibi olublar.  Marqarita pizza

Digər cütlükdə də Almaniya - Fransa dueli yaşanacaq. Çünki "Leypsiq"lə PSJ finala vəsiqə uğrunda üz-üzə gələcək.

Çempionlar Liqası

1/4 final

15 avqust

23:00. "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa) - 1:3

Qollar: De Bruyne, 69 - Korne, 24, Dembele, 79, 87

Baş hakim: Danni Makkiele (Niderland)

Lissabon. "Joze Avelado" stadionu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!