Çempionlar Liqasında gecənin NƏTİCƏLƏRİ

saytların hazırlanması

Evə çatdırılma

Çempionlar Liqasında gecənin NƏTİCƏLƏRİ

İdman

12 Aprel 2023 09:17 928


Ötən gün UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinə start verilib. 

Yenisabah.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. 

Portuqaliyanın “Benfika” klubu doğma meydanda İtaliyanın “İnter” komandasını sınağa çəkib. "İnter" bu qarşılaşmada inamlı qələbə qazanmaqla cavab matçı öncəsi üstünlüyü ələ alıb - 2:0.  Sezar pizza

Günün ən maraqlı görüşü isə İngiltərədə “Mançester Siti” ilə Almaniya nəhəngi “Bavariya” arasında baş tutub. Mançester təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edib. 

Komandalar arasında cavab qarşılaşması aprelin 19-u oynanılacaq. 

Qeyd edək ki, dörddəbir final mərhələsinin digər iki ilk oyunu bu gün keçiriləcək. Belə ki, "Çelsi" İngiltərədə "Real Madrid"i qəbul edəcək. "San Siro" stadionunda isə İtaliya təmsilçiləri - "Milan" və "Napoli" üz-üzə gələcəklər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!