Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli oldu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli oldu - Foto

İdman

18 May 2023 19:22 1128


UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu bardə Avropa futbol qurumunun rəsmi saytında məlumat verilib.

Ən yaxşı "11-lik"də bu raundun dörd iştirakçısının üçündən oyunçu yer alıb. pizza sifarişi

Rəmzi komandada ən çox futbolçu ilə İngiltərənin "Mançester Siti" klubu təmsil olunub - 6. Siyahıya İtaliya "İnter"indən 4, "Milan"dan isə bir oyunçu düşüb.

Qapıçı: Ederson ("Mançester Siti")

Müdafiəçilər: Kayl Uolker, Manuel Akanci (hər ikisi "Mançester Siti"), Françesko Açerbi, Federiko Dimarko (hər ikisi "İnter"), Malik Tşau ("Milan")

Yarımmüdafiəçilər: Kevin De Brüyne, Bernardu Silva (hər ikisi "Mançester Siti"), Hakan Çalhanoğlu ("İnter")

Hücumçular: Xulian Alvares ("Mançester Siti"), Lautaro Martines ("İnter").

Qeyd edək ki, Çempionlar Liqasının finalında "Mançester Siti" və "İnter" klubları üz-üzə gələcəklər. Həlledici qarşılaşma iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçiriləcək.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!