Çempionlar Liqasında ilk finalçı məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Çempionlar Liqasında ilk finalçı məlum oldu

İdman

05 May 2021 01:11 1034


UEFA Çempionlar Liqasında ilk finalçı məlum olub.

Yenisabah.az xəbər verir ki, Fransada keçirilən ilk matçda PSJ-yə 2:1 hesabı ilə qalib gələn İngiltərənin "Mançester Siti" klubu cavab oyununda da rəqibini məğlub edərək finala yüksəlib.

Mançester təmsilçisinin hər iki qolunun müəllifi Riyad Mahrez olub. Qonaqların heyətində Anxel Di Mariya 69-cu dəqiqədə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. pizza sifarişi

"Mançester Siti"nin finaldakı rəqibi bu gün keçiriləcək "Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya) oyunundan sonra bəlli olacaq. İlk matç 1:1 hesabı ilə başa çatıb.

UEFA Çempionlar Liqası, yarımfinal

Cavab oyunu

23:00. "Mançester Siti" (İngiltərə) - PSJ (Fransa) - 2:0

Qollar: Riyad Mahrez, 11; 63

Qırmızı vərəqə: Anxel Di Mariya, 69 (PSJ)

İlk oyun - 2:1

Qeyd edək ki, Çempionlar Liqasının final oyunu mayın 29-da Türkiyənin İstanbul şəhərində gerçəkləşəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!