Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.
Yenisabah.az xəbər verir ki, yarımfinalın cavab oyununda "İnter" "Milan"ı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. İlk görüşdə də 2:0 hesablı qələbə qazanan "İnter" finala yüksəlib.
Yarımfinalın digər cavab görüşündə "Mançester Siti" "Real"ı qəbul edəcək. pizza sifarişi
ÇL-in finalı iyunun 10-u Türkiyənin İstanbul şəhərində keçiriləcək.
16 may
23:00. "İnter" (İtaliya) - "Milan" (İtaliya) - 1:0
Qol: Martines, 74
Baş hakim: Kleman Türpen (Fransa)
İlk oyun - 2:0
Telegram kanalımız