UEFA Çempionlar Liqasında ikinci finalçı məlum olub.
Yenisabah.az xəbər verir ki, yarımfinalın cavab oyununda İngiltərədə İspaniya "Real Madrid"ini 2:0 hesabı ilə məğlub edən "Çelsi" finala vəsiqə qazanıb.
Matçda ilk qolu 28-ci dəqiqədə Timo Verner vurub. 85-ci dəqiqədə isə Meyson Maunt madridlilərin bütün ümidlərinin üstündən xətt çəkib - 2:0. Bu komandalar arasında Madriddəki ilk görüş heç-heçə başa çatmışdı - 1:1. pizza
UEFA Çempionlar Liqası, yarımfinal
23:00. "Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 2:0
Qollar: Timo Verner, 28, Meyson Maunt, 85
İlk oyun - 1:1
Qeyd edək ki, "Çelsi"nin finaldakı rəqibi İngiltərənin digər klubu "Mançester Siti" olacaq. Həlledici qarşılaşma mayın 29-da Türkiyənin İstanbul şəhərində oynanılacaq.
Telegram kanalımız