Çempionlar Liqasında növbəti oyun: “Neftçi“ “Dinamo“ya qarşı

saytların hazırlanması

Evə çatdırılma

Çempionlar Liqasında növbəti oyun: “Neftçi“ “Dinamo“ya qarşı

İdman

14 İyul 2021 09:52 1328


Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Yenisabah.az xəbər verir ki, son Azərbaycan çempionu “Neftçi” evdə Tbilisi “Dinamo” ilə cavab oyununa çıxacaq. "Bakcell Arena"da keçiriləcək matç saat 20:00-da başlayacaq. Bu komandalar arasında Tbilisidəki ilk görüşdə "Neftçi" 2:1 hesabı ilə qalib gəlib.

Səfər qolu qaydası ləğv edildiyi üçün Samir Abasovun baş məşqçisi olduğu komanda üstünlüyünü qorumağa çalışacaq. İki görüşün nəticəsinə əsasən hesab eyni olsa, əlavə vaxt oynanılacaq. Dördpendirli pizza

Qeyd edək ki, bu cütün qalibi 2-ci təsnifat mərhələsində “Olimpiakos”la (Yunanıstan) qarşılaşacaq. Məğlub komanda isə mübarizəyə Konfrans Liqasında davam etdirəcək və  “Makkabi” (Hayfa, İsrail) – “Kayrat” (Qazaxıstan) cütünün məğlubu ilə üz-üzə gələcək

14 iyun

I təsnifat mərhələsi, cavab oyunu

21:00. “Neftçi” (Azərbaycan) – “Dinamo” (Tbilisi, Gürcüstan)

Baş hakim: Dumitru Muntean (Moldova)

“Bakcell Arena”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!