“Qarabağ”ın Çempionlar Liqasının 2020/21 mövsümünün I təsnifat mərhələsinin püşkatması zamanı yer alacağı səbət müəyyənləşib.
Yenisabah.az xəbər verir ki, koronavirus pandemiyası üzündən Premyer Liqanın yarımçıq başa çatdırılması səbəbindən Azərbaycan çempionu elan olunan Qurban Qurbanovun yetirmələri səpələnmiş olacaq.
Buna səbəb 8 qat Azərbaycan çempionunun yüksək reytinqidir. Əyalət klubunun UEFA əmsalı 21,000-ə bərabərdir. I təsnifat mərhələsində 34 komanda mübarizə aparacaq. Onlardan biri ilkin raundun qalibi olacaqsa, digər 33 klub yarışa buradan başlayacaq. Marqarita pizza
Artıq bu “33-lük”dən 24-ü bəllidir. “Qarabağ” reytinqinə görə 4-cü yerdədir. Azərbaycan çempionu yalnız “Seltik”, “Astana” və “Srvena Zvezda”dan geri qalır.
4-cü yer isə artıq səpələnmiş olmağa təminat verir. Çünki hər səbətdə 17 komanda yer alacaq. Çempionu bilinməyən 9 ölkənin təmsilçisi yüksək əmsala malik olsa belə, hazırda ilk 8 pillədə olan komanda, o cümlədən “Qarabağ” güclü “17-lik”də qərarlaşacaq.
“Seltik”, “Astana”, “Srvena Zvezda”dan başqa, “Molde”, “Şerif”, “Ferensvaroş” və “Dandolk” da “Qarabağ”la eyni səbətdə yer aldığından çempionumuza rəqib olmayacaq. (Sportinfo.az )
Telegram kanalımız