Bu il Çempionlar Liqasının finalı İstanbulda keçirilməyəcək.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, TFF ilə UEFA arasında yekun danışıqların nəticəsinə əsasən, bu il ÇL-in finalı İstanbulda olmayacaq. Buna baxmayaraq, 2021-ci ildə final matçının Türkiyənin ən böyük şəhərində keçirilməsi ilə bağlı razılıq əldə olunub.
Məlumatda qeyd olunur ki, bununla bağlı qərar TFF prezidenti Nihat Özdemirin xahişi ilə qəbul edilib. Özdəmir Çempionlar Liqasının həlledici matçının boş tribunalar önündə keçirilməsini istəmədiyi üçün 1 il gözləməyi təklif edib. pizza
O, gələn il final matçının azarkeşlərin iştirakı ilə keçiriləcəyinə ümid etdiyini bildirib.
Qərarın iyunun 17-i UEFA-nın iclasında rəsmən açıqlanacağı gözlənilir.
Telegram kanalımız