Çempionlar Liqasının finalı Türkiyədə keçirilməyə bilər

saytların hazırlanması

Evə çatdırılma

Çempionlar Liqasının finalı Türkiyədə keçirilməyə bilər

İdman

07 May 2021 23:47 1686


İngiltərə Futbol Assosiasiyası (FA) Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) ilə Çempionlar Liqasının finalının Türkiyə əvəzinə İngiltərədə keçirilməsinin mümkünlüyünü müzakirə edir.

Yenisabah.az xəbər verir ki, bunu İngiltərənin nəqliyyat naziri Qrant Şepps mətbuat konfransında deyib.

“İngiltərə Futbol Assosiasiyası bu mövzuda UEFA ilə danışıqlar aparır. Finalın qəbul edilməsinə qətiyyən qarşı deyilik, amma təbii ki, son qərarı UEFA verəcək. İki ingilis klubunun finala çıxdığını nəzərə alsaq, nə deyəcəklərini gözləyirik”-deyə, o bildirib. Marqarita pizza

Qeyd edək ki, Böyük Britaniya koronavirus pandemiyası baxımından Türkiyəni səyahət edilməsi qadağan olunan ölkələrin qırmızı siyahısına daxil edib. Belə ki, Türkiyəyə səfər edənlər ölkəyə geri qayıtdıqdan sonra 10 gün ərzində öz hesablarına hosteldə qalmalıdırlar.

Xatırladaq ki, Çempionlar Liqasının final görüşündə “Mançester Siti” və “Çelsi” furbol klubları qarşılaşacaq. Final qarşılaşması 29 mayda, Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionuda baş tutacaq./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!