Çempionlar Liqasının oyunu koronavirusa görə təxirə salındı

saytların hazırlanması

Evə çatdırılma

Çempionlar Liqasının oyunu koronavirusa görə təxirə salındı

İdman

11 Avqust 2020 22:26 894


Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin final oyunu təxirə salınıb.

Yenisabah.az xəbər verir ki, UEFA "Drita" (Kosovo) ilə "Linfild" (Şimali İrlandiya) arasındakı matçı başqa vaxta təyin edib.

Buna səbəb Kosovo klubunun futbolçusunda koronavirus infeksiyasının aşkarlanmasıdır. Adı açıqlanmayan oyunçu virusa yoluxduğundan, tibbi protokola uyğun olaraq bütün komanda karantinə alınıb. Marqarita pizza

Buna qədər yarımfinalda "İnter"lə (Andorra) görüşdən əvvəl "Drita"nın bir oyunçusunda koronavirus testi pozitiv çıxdığından, həmin şəxs karantinə alınmışdı.

İsveçrənin Nyon şəhərində keçirilməli olan "Drita" - "Linfild" görüşünün hansı tarixdə oynanılacağına qitə futbol qurumu hələ qərar verməyib. Cütlüyün qalibi I təsnifat mərhələsində Varşava "Legiya"sı (Polşa) ilə qarşılaşacaq.  /Apasport


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!