Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanan klublar   - Siyahı

saytların hazırlanması

Evə çatdırılma

Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanan klublar - Siyahı

İdman

27 İyul 2020 16:29 1204


Çempionlar Liqasının 2020/21 mövsümündə qrup mərhələsində oynayacaq 24 klub müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, bunlar yüksək reytinqli 10 ölkənin çempionatında uğur qazanan komandalardır.

İspaniya, İngiltərə, İtaliya və Almaniyanın hərəsindən 4, Fransa ilə Rusiyadan 2, Belçika, Portuqaliya, Türkiyə və Ukraynadan 1 komanda qrupda yerini təmin edib. Bunlar aşağıdakı klublardır: Toyuqlu pizza

İspaniya: “Real”, “Barselona”, “Atletiko”, “Sevilya”

İngiltərə: “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi”

İtaliya: “Yuventus”, “İnter”, “Atalanta”, “Latsio”

Almaniya: “Bavariya”, “Borussiya” D, “Leypsiq”, “Borussiya” M

Fransa: PSJ, “Marsel”

Rusiya: “Zenit”, “Lokomotiv”

Portuqaliya: “Porto”

Belçika: “Brügge”

Ukrayna: “Şaxtyor”

Türkiyə: “Başakşəhər”

Sportinfo yazır ki, qrup mərhələsində oynayacaq digər 8 komandadan 6-sı təsnifat mərhələsindən gələcəksə, 2-si 2019/20 mövsümündə avrokubok qazananlar olacaq.

Məhz sonuncu iki komandanın kimliyi “24-lüy”ə təsir edə bilər. Bu üç halda mümkündür.

Birincisi, Çempionlar Liqasını adı artıq 24 komanda sırasında olan klub qazansa, Niderland çempionu da qrupa düşəcək. Bu, “Ayaks” olacaq.

İkincisi, Avropa Liqasını adı artıq 24 komanda sırasında olan klub qazansa, Fransada 3-cü yeri tutan klub qrupa düşəcək. Bu da “Renn”dir.

Üçüncüsü, həm Çempionlar Liqası, həm də Avropa Liqasını eyni ölkədən olan, lakin milli liqadan “24-lüy”ə düşməyənlərin qazanmasıdır. Bu, İspaniya, İngiltərə, İtaliya və Almaniyanın 4-cü yer sahibinin qrupa yolunu bağlayacaq. Çünki eyni ölkə Çempionlar Liqasının qrupunda 6 komandayla təmsil oluna bilməz. Belə olsa, “Sevilya”, “Latsio”, “Çelsi” və ya “Borussiya” M Avropa Liqasına yuvarlanmış olacaq.

Qrupun püşkatmasında Çempionlar Liqası və Avropa Liqasının qalibləri, həmçinin ən yüksək reytinqli 6 ölkənin çempionu – “Real”, “Liverpul”, “Yuventus”, “Bavariya”, PSJ və “Zenit” 1-ci səbətdə yer alacaq. Türkiyə çempionu isə son səbətə düşəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!